Bu dəfə sizə Hillary və Coi ilə birgə keçirtdiyim Novruz bayramı barədə danışmaq istərdim. 2011-cı il martın 16-sı idi. Mənim ən sevdiyim bayramlardan biri olan Novruz bayramı yaxınlaşırdı. Yeganə olaraq bu bayramda mənim arzularım çin olurdu, yəni bütün evlərdə bayram abu-havası olurdu hər yerdən şənliy səsi eşidilirdi. Elə bizdə də belə idi. Hillari və Coi birinci dəfə bizim evdə Novruz bayramın qeyd edəcəkdilər. Onlarla bir yerdə bazara getdik. Alış-veriş zamanı bəzi satıcılarımızın utandırıcı hərəkətləri məni çox məyus edirdi. Coi və Hillarinin Azərbaycanlı olmadığını görüb çalışırdılar ki qiymətdə aldatsınlar. Düzdü mən buna bacardığım qədər mane olmaqa çalışırdım amma onlar satıcılarımızın bu hərərkətlərin çox gözəl anlayırdılar. Hətda 9 manatlıq badamı 22 manata qədər qaldıra bilən bəzi kişiliydən uzaq satıcılarımızada rast gəlirdik. Nə isə bizim girməyimizlə od tutub yanan bazardan bir təhər canımızı qurtarıb gəldik evə. Xonçamızı hazırladıq. Hillari və Coi bu bayramı çox bəyənirdilər. Xonçamızı bəzədikdən sonra Novruz adətləri haqqında onlara ətraflı məlumat verdim. Ən çox bəyəndiyləri adət isə tonqal qalamaq və papaq atmaq idi. Artıq axır çərşəbə yetişmişdi. Mən çox böyük bir həvəslə hər ilki ədət ənənəmə sadiq qalaraq tonqal hazırlmağa düşdüm. Amma bu dəfə əvvəlki illərdən fərqli olaraq tək yox Coi ilə birlikdə hazırladıq. Onlarla günüm doğurdanda çox xoş keçirdi. Mənim yandırdğım tonqal məhləmizdə birinci yeri tuturdu. Bu ildə qalib gəlmək üçün birinci sınaq olaraq odunları həyətdə yığıb məşq eləyirdim, axşam olan kimi küçədə möhtəşəm bir tonqal hazırladım!
Gecə oldu. Artıq küçədə tonqal ətrafına yığışmaq vaxtı yetişdi. Hillari və Coi bu anı səbrsizliylə gözləyirdilər. Onları intizarda qoymaqdan həzz alırdım. Coi mən odu yandırana kimi kameranı alıb məhləmizi videoya çəkə-çəkə bütün qonşularımızın bayramını təbrik etdi.
Qayıdan da mənim tonqalım hazır idi. Bu mənzərədən bir neçə şəkil:
Hillari və Coi mənim kimi çox xoşbəxt idilər. Hündür tonqalın üsdündən tullanaraq onların alqışını eşitmək məni fərəhlədirirdi. Coidə mənim kimi həvəslənib tonqal üsdündən bir neçə dəfə tullandı. Bildirdiylərinə görə bu onun Azərbaycanda olan ən əyləncəli və xoşbəxt anları idi və buna görədə mənə təşəkkür etdilər. Bu sözləri eşidib daha da fərəhləndim. Kiməsə xeyrim dəydiyini, lazım olduğunu bilməy mənə yad olsada çox gözəl hisslər idi. Artıq gec idi anam evə qayıtmağı təklif etdi. Düzü çox yorulmuşdum. Hamız razılaşıb qayıtdıq evə. Evə qayıdandan sonra məni yuxu apardı və buda gözəl bir günün və mənim Novruz bayramına aid bloqumun sonu olmağına səbəb oldu. Əminəm ki bəyəndiniz!
Hiç yorum yok:
Yorum Gönder