Bayramın gəlişinə 2 gün qalmağına baxmayaraq həvəslə süfrənidə bəzəmək qərarına gəldim. Anam mənim çox sevincli olduğumu görüb qəlbimi qırmadı, süfrəni bəzəməyə icazə verdi.
Artıq axşam düşmüşdü hamı yorulmuşdu tək məndən başqa. Mənə elə gəlir ki xoşbəxtlikdən insan doya bilməz. Bəli, sadəcə evi, məni sevən və anlayan insanlarla bəzəmək mənim üçün çox böyük bir xoşbəxçilik idi. Uzun sürən xahişlərdən sonra Hillari və Coini götürüb getdim meydana Şaxta baba ilə şəkil çəkdirməyə))). İndi özümə nə qədər gülməli gəlsədə amma o vaxtlar mənim ən xoşbəxt anlarımdan biri idi. Meydana çatmamış uzaqdan Şaxta babaları görüb böyük bir həyəcan ilə onlara tərəf qaçdım. Şaxta babalara yaxınlaşıb bir şəkil çəkdirməyi xahiş etdim. Hillari mənim şəkilimi çəkdi.
Bir az əyləndikdən sonra evə gəldik çox yorulmuşduq. Uzun bir gündən sonra nəhayət ki istirahət etməyə vaxt tapdıq.
Günlər çox tez gəlib keçirdi. Artıq 2010-cu il dekabr ayının 31-i idi. Gecə yaxınlaşırdı. Bütün ailəni yığdım bir yerə. Mənim bir adətim var idi Yeni ili bol süfrə önündə qarşılamalıydıq.
Belədə oldu. Saat 00:00-da hamı süfrə qarşısında limonad partladaraq Yeni ili qarşıladıq. Limonadı Coi partlatdı və limonad partlayanda Coi "Yeni iliniz mübarək, Happy New Year? Suppa New Year" deyərək çox yüksək səslə qışqırdı. Bu mənə çox ləzzət elədi. Bu vaxta qədər bizim evdə bu cür şən Yeni il qarşılanması olmamışdı. Hər birimiz limonadı içərək yeməyimizi yeməyə başladıq. Artıq kifayət qədər gec idi hamimiz getdik yatmağa. Bu da mənim Hillari və Coi ilə Yeni ilin gəlişi barədə olan xatirlərim idi. Ümid edirəm ki bəyəndiz!
Hiç yorum yok:
Yorum Gönder