1 Mart 2014 Cumartesi

İlk tanışlığımız

   13 yaşım var idi. Özümü tam fərqli və tənha hiss edirdim. Məni heç kəs anlamırdı və yaxud da anlamağa çalışmırdılar. Yəqin ki bütün 13 yaşlı oğlanlar mən keçirdiyim hissləri keçiriblər. Evdəkilərlə hər gün desəm yalan olar, hər saat problemlərim olurdu və bu problemlər başqalarından fərqli olaraq get-gedə daha da güclənirdi və hətda evdən bir gecəlik getməyimə də səbəb olurdu. Və bir gün yenidən evdə valideynlərimlə problemlər yarandı və çox vaxt bu problemlərin səbəbi valideynlərimin mənim fikirlərimə hörmətlə yanaşmamağı olurdu. Bu bütün Azərbaycan ailələrinin başlıca problemlərindən biridir-"O, balacadır, onu dinləməyə gərək yoxdur. O nəbilir ki düşünməy nədir, hisslər nədir, anlamağ nədir." Valideyinlərimizin bu axmaq düşüncəsinin qurbanlarından biridə mən idim və buda mənim üçün çox ağır idi. Bir gün bu problemlərə görə dözməyib evdən qaçdım. Həmin gecə mənim üçün çox ağır keçdi və çıxış yolunu Məscidə gedərək dua etməkdə gördüm. Gecəni çətində olsa yola verdim və səhər sübh namazına Cümə məscidinə getdim. Həmin günü bir sutka dua elədim. Duada isə Allahdan yalnız və yalnız məni dinləməyi və anlamağı bacaran bir dost göndərməyini isdəyirdim. Məsciddən çıxdım və həmişəki kimi böyük bir ümidlə evə qayıdıb düz bir sutka yatdım. Həmin günün səhərisi anam məni ayıldaraq xatırlatdı ki Sülh korpusu tərəfindən Qubaya göndərilən iki könüllü bu gün bizə gələcək və 4 aybizdə yaşayacaqlar. Tez yerimdən qalxdım və onların gəlməyini səbrsizliylə gözlədim. Amerikalıların bizlərdən çox fərqli yaşadığını bilirdim. Onların yaşayış tərzi, düşüncə tərzi, mədəniyyəti tam fərqli idi və bu xüsusiyyətlər mənim xarakterimlə üst-üstə düşürdü. Özümündə xəbərim olmadan dərin bir fikirə getmişdim və birdə ayıldım ki artıq gecdir onlar nə üçünsə gecikirdi. Zəng elədik Bakiya Sülh korpusuna və şoka düşdük. Telefonda bizə dedilər ki artıq onları bizim addan istifadə edərək başqa bir ailəyə aparıblar. Hamımız əsəbləşdik və bizim qonşuluqda yaşayan Sülh korpusu Quba filialının işçisiylə əlaqə saxlayıb getdik könüllüləri tapıb gətirdik evimizə. Könüllülər heç özləridə nə baş verdiyini bilmirdi. Necə başa salaq ki 300 manat puldan ötrü bizim millətin bəzi nümayəndələri hər şeyə əl atar. Nə isə keçək bizim ilk tanışlığımıza. Adları Hillary (Hillari) və Joey (Coi)-dir. Evlidirlər.
 Elə fikirləşdiyim kimidə çox fərqli idilər. Məndən dəfələrlə böyük olsalarda tez bir zamanda dostlaşdıq.Onlarla birinci münasibət qurmaq bir az çətin oldu. Onlar bizlərdən fərqli olaraq bütün günü elmlə, kitab oxumaqla məşqul idilər.Və nəhayət onlar öz otaqlarından çıxdılar başladıq tanış olmağa. Qardaşım Coi ilə söhbət edirdi mən isə Hillari ilə. Coi Hillaridən fərqli olaraq mənim kimi çox zarafatcıldı.Hillariyə ilk sualim Amerikadakı həyat barədə oldu və bu barədə geniş söhbət etdik. O, mənə Amerikada dostlarıyla ailəsiylə olan şəkillərini göstərdi və ordakı həyatı barədə söhbət elədi. Çox sevinirdim və birazda şokda idim, çünki bu vaxta qədər mənimlə yaş fərqi qoymadan danışan, məni dinləyən və anlayan biri olmamışdı. O, mənə bir sual verdi: "siz heç qardaşınızla oturub söhbət etmirsiz, hər hansı probleminiz olanda bir yerdə həll etmirsiz? Bu suala "Qardaşımla mən çox fərqliyik heç bir oxşar cəhətlərimiz yoxdur" deyərək cavab verdim. Kənardan qardaşımla söhbət eləyən Coi bizim söhbətimizin daha maraqlı və qızğın olduğunu görüb bizə qoşuldu. O, da onun bacısıyla çox fərqli olduğunu dedi. Beləcə uzun uzadı söhbət elədik. Vaxtın necə keçdiyini heç bilmədim artıq 1-ə işləmişdi yatmaq vaxtı idi. Heç birimiz söhbətin bitməsini istəmirdik amma onlar çox yorğun idilər. Söhbəti bağlayıb getdik yatmağa. Baxmayaraq ki ingilis dilin çox zəyif bilirdim amma bir-birimizi çox gözəl anlayırdıq. Bir az onlar Azərabycanca danışırdılar, bir az mən ingiliscə danışırdım və bir az da lüğətin köməyi ilə bir birimizi anlayırdıq. Hamımız getdik yatmağa evdə sakitçilik çökdü. Yalnız mən yatmamışdım. Sevincimdən uçurdum. Onlar mənə Allah tərəfindən hədiyyə göndərilən iki mələk olduğunu düşünürdüm. Allaha bütün gecəni təşəkkür edirdim. İnana bilmirdim ki onlar 4 ay bizdə qalacaqlar. Bütün bunlar mənə yuxu kimi gəlirdi. Artıq saat 5-ə işləmişdi, səhərin tez açılmasını isdəyirdim. Gözlərimi yumdum və səhər hamıdan tez oyandım. Onlarında oyaq olduğunu gördüm. Tez durdum və gedib əl üzümü yuyub onlarla səhər yeməyi yedik. Hillari məni özünün açdığı ingilis dili kurslarına dəvət etdi. Çox böyük bir sevinclə bu dəvəti qəbul etdim. Hər gün ingilis dili kurslarına gedib, dili mükəmməl öyrənməyə çalışırdım. Onlarla daha sərbəst ünsiyyət qurmaq mənim ən böyül arzularımdan biri idi. Artıq hər gün daha da doğmalaşırdıq.
Onlarla  ilk tanışlığım belə olmuşdu. Ümid edirəm ki ilk tanışlıımız barədə yazdığım blog-u bəyəndiz. Hər birinizin fikri mənim üçün çox maraqlıdır və inanıram ki əməyə hörmət olaraq hər biriniz öz rəyinizi bildirəcəksiniz
           Oxuduğunuz üçün təşəkkür edirəm! :)

Hiç yorum yok:

Yorum Gönder