Artıq 4 ay olmuşdu. Hillary və Coinin başqa evə köçmək vaxt çatmışdı. Yeni evdə artıq tək qalmalı idilər. Çox pis olmuşdum. Axı biz bir-birimizə çox bağlanmışdıq. Hər şeyin sonu olduğunu düşünürdüm. Axı heç kəs bu dünyada əbədi xoşbəxt olmur. Hər bir şeyin sonu olduğu kimi xoşbəxtliyində sonu olur. Mənimdə xoşbəxtliyimin burda bitdiyini sanırdım. Evdə heç kəslə danışmaq istəmirdim, otağım da sakit oturub ağlayırdım. Hillari və Coi bunu görüb çox pis olmuşdular. Məni öz otağlarına çağırıb bir az danışmağı təklif etdilər. Mən isə bu təklifi qəbul eləmədən yerindəcə "Hər kəs kimi sizdə məni atıb gedirsiz" deyib otağıma qaçdım. Onlar da mənim kimi çox pis olmuşdular. Nə edəcəyimi bilmirdim, və birdən yenədə məscidə getmək istədim. Axı o qoruyucu mələkləri Allah mənə hədiyyə göndərmişdi. Belədə elədim getdim məscidə.
Məsciddə gözlərimi yumub Allaha "Onları mənim əlimdən alma". "Axı bu dünya insanlar arasında məni başa düşən yalnız onlardı". "Axı yalnız onlar məni xoşbəxt eləməyi bacarır, onlarıda əlimdən alsan mən necə yaşayaram?" deyərək yalvarırdım. Elə bu zaman mənə tanış olan bir hissi yaşadım. Tanıdım bu hissləri! Bu hissləri Hillari və Coi gəlməmişdən bir gün qabaq Allaha "məni başa düşən bir dost" istəyəndə yaşamışdım. Deməli bu duamıda Allah qəbul eləmişdi. Ürəyimdə bir kiçik ümidlə evə qayıtdım. Evdə anamdan başqa heç kəs yox idi. Şoka düşdüm elə bildim artıq köçüblər. Anamdan qorxa-qorxa hara getdiklərini soruşdum. Cavabında isə yeni evlə tanış olmağa getdiylərini və tezliklə qayıdacaqlarını öyrəndim. Bir az rahatlaşdım amma artıq yeni evə köçəcəklərinə tam əmin idim. Allahdan ümidimi üzmüşdüm. Yenicə oturmuşdum ki, Hillari və Coi atamla birlikdə evə qayıtdılar. Coi sevinə-sevinə yanımda əyləşdi və dedi.
-Sənə surprizim var, tapa bilərsən nədi?
-Köçmürsüz? bizdə qalacaqsız? dedim
Coi köçəcəyini amma mənə çox yaxında yəni məhləmizin başında yaşayacağını və mənim onlara tez-tez gedib gələ biləcəyimi söylədi. Bir az sevindim, sonra onlarla çox sıx əlaqədə ola bilməyəcəyimi anlayanda yenidən əhvalım pisləşdi.
Bir neçə gün keçdi, onlar yeni evə köçdülər. Amma hər şey heç də mənim fikirləşdiyim kimi pis olmadı. Onlar yeni evə köçdülər. Mənsə hər gün onlara gedib gəlirdim. Yeni evlərində təkcə üçümüz vaxtımızı daha əyləncəli keçirdirdik. Bizim evdə anam onları narahat etdiyimi düşünüb, onlarla çox əlaqədə olmağıma icazə vermədiyi üçün, özümü sərbəst hiss etmirdim. Amma onların yeni evlərində tam sərbəst idim. Allahu Teala çox gözəl buyurub. "Ey insanlar bəzən sizin şər bildiyinizdə xeyir, xeyir bildiyinizdə isə şər vardır". Elə buna görə də "hər şeydə bir xeyir var" prinsipi ilə yaşamaq lazım olduğunu öyrəndim. Bu blogum da beləcə sona yetdi. Fikirlərinizi gözləyirəm)))