9 Mart 2014 Pazar

4 aydan sonra

              Artıq 4 ay olmuşdu. Hillary və Coinin başqa evə köçmək vaxt çatmışdı. Yeni evdə artıq tək qalmalı idilər. Çox pis olmuşdum. Axı biz bir-birimizə çox bağlanmışdıq. Hər şeyin sonu olduğunu düşünürdüm. Axı heç kəs bu dünyada əbədi xoşbəxt olmur. Hər bir şeyin sonu olduğu kimi xoşbəxtliyində sonu olur. Mənimdə xoşbəxtliyimin burda bitdiyini sanırdım. Evdə heç kəslə danışmaq istəmirdim, otağım da sakit oturub ağlayırdım. Hillari və Coi bunu görüb çox pis olmuşdular. Məni öz otağlarına çağırıb bir az danışmağı təklif etdilər. Mən isə bu təklifi qəbul eləmədən yerindəcə "Hər kəs kimi sizdə məni atıb gedirsiz" deyib otağıma qaçdım. Onlar da mənim kimi çox pis olmuşdular. Nə edəcəyimi bilmirdim, və birdən yenədə məscidə getmək istədim. Axı o qoruyucu mələkləri Allah mənə hədiyyə göndərmişdi. Belədə elədim getdim məscidə. 
         Məsciddə gözlərimi yumub Allaha "Onları mənim əlimdən alma". "Axı bu dünya insanlar arasında məni başa düşən yalnız onlardı". "Axı yalnız onlar məni xoşbəxt eləməyi bacarır, onlarıda əlimdən alsan mən necə yaşayaram?" deyərək yalvarırdım. Elə bu zaman mənə tanış olan bir hissi yaşadım. Tanıdım bu hissləri! Bu hissləri Hillari və Coi gəlməmişdən bir gün qabaq Allaha "məni başa düşən bir dost" istəyəndə yaşamışdım. Deməli bu duamıda Allah qəbul eləmişdi. Ürəyimdə bir kiçik ümidlə evə qayıtdım. Evdə anamdan başqa heç kəs yox idi. Şoka düşdüm elə bildim artıq köçüblər. Anamdan qorxa-qorxa hara getdiklərini soruşdum. Cavabında isə yeni evlə tanış olmağa getdiylərini və tezliklə qayıdacaqlarını öyrəndim. Bir az rahatlaşdım amma artıq yeni evə köçəcəklərinə tam əmin idim. Allahdan ümidimi üzmüşdüm. Yenicə oturmuşdum ki, Hillari və Coi atamla birlikdə evə qayıtdılar. Coi sevinə-sevinə yanımda əyləşdi və dedi. 
-Sənə surprizim var, tapa bilərsən nədi?
-Köçmürsüz? bizdə qalacaqsız? dedim 
Coi köçəcəyini amma mənə çox yaxında yəni məhləmizin başında yaşayacağını və mənim onlara tez-tez gedib gələ biləcəyimi söylədi. Bir az sevindim, sonra onlarla çox sıx əlaqədə ola bilməyəcəyimi anlayanda yenidən əhvalım pisləşdi.
               Bir neçə gün keçdi, onlar yeni evə köçdülər. Amma hər şey heç də mənim fikirləşdiyim kimi pis olmadı. Onlar yeni evə köçdülər. Mənsə hər gün onlara gedib gəlirdim. Yeni evlərində təkcə üçümüz vaxtımızı daha əyləncəli keçirdirdik. Bizim evdə anam onları narahat etdiyimi düşünüb, onlarla çox əlaqədə olmağıma icazə vermədiyi üçün, özümü sərbəst hiss etmirdim. Amma onların yeni evlərində tam sərbəst idim. Allahu Teala çox gözəl buyurub. "Ey insanlar bəzən sizin şər bildiyinizdə xeyir, xeyir bildiyinizdə isə şər vardır".  Elə buna görə də "hər şeydə bir xeyir var" prinsipi ilə yaşamaq lazım olduğunu öyrəndim. Bu blogum da beləcə sona yetdi. Fikirlərinizi gözləyirəm)))


3 Mart 2014 Pazartesi

Novruz bayramı

                  Bu dəfə sizə  Hillary və Coi ilə birgə keçirtdiyim Novruz bayramı barədə danışmaq istərdim. 2011-cı il martın 16-sı idi. Mənim ən sevdiyim bayramlardan biri olan Novruz bayramı yaxınlaşırdı. Yeganə olaraq bu bayramda mənim arzularım çin olurdu, yəni bütün evlərdə bayram abu-havası olurdu hər yerdən şənliy səsi eşidilirdi. Elə bizdə də belə idi. Hillari və Coi birinci dəfə bizim evdə  Novruz bayramın qeyd edəcəkdilər. Onlarla bir yerdə bazara getdik. Alış-veriş zamanı bəzi satıcılarımızın utandırıcı hərəkətləri məni çox məyus edirdi. Coi və Hillarinin  Azərbaycanlı olmadığını görüb çalışırdılar ki qiymətdə aldatsınlar. Düzdü mən buna bacardığım qədər mane olmaqa çalışırdım amma onlar satıcılarımızın bu hərərkətlərin çox gözəl anlayırdılar. Hətda 9 manatlıq badamı 22 manata qədər qaldıra bilən bəzi kişiliydən uzaq satıcılarımızada rast gəlirdik. Nə isə bizim girməyimizlə od tutub yanan bazardan bir təhər canımızı qurtarıb gəldik evə. Xonçamızı hazırladıq. Hillari və Coi bu bayramı çox bəyənirdilər. Xonçamızı bəzədikdən sonra Novruz adətləri haqqında onlara ətraflı məlumat verdim. Ən çox bəyəndiyləri adət isə tonqal qalamaq və papaq atmaq idi. Artıq axır çərşəbə yetişmişdi. Mən çox böyük bir həvəslə hər ilki ədət ənənəmə sadiq qalaraq tonqal hazırlmağa düşdüm. Amma bu dəfə əvvəlki illərdən fərqli olaraq tək yox Coi ilə birlikdə hazırladıq. Onlarla günüm doğurdanda çox xoş keçirdi. Mənim yandırdğım tonqal məhləmizdə birinci yeri tuturdu. Bu ildə qalib gəlmək üçün birinci sınaq olaraq odunları həyətdə yığıb məşq eləyirdim, axşam olan kimi küçədə möhtəşəm bir tonqal hazırladım!
                   Gecə oldu. Artıq küçədə tonqal ətrafına yığışmaq vaxtı yetişdi. Hillari və Coi bu anı səbrsizliylə gözləyirdilər. Onları intizarda qoymaqdan həzz alırdım. Coi mən odu yandırana kimi kameranı alıb məhləmizi videoya çəkə-çəkə bütün qonşularımızın bayramını təbrik etdi.

     Qayıdan da mənim tonqalım hazır idi. Bu mənzərədən bir neçə şəkil:


Hillari və Coi mənim kimi çox xoşbəxt idilər. Hündür tonqalın üsdündən tullanaraq onların alqışını eşitmək məni fərəhlədirirdi. Coidə mənim kimi həvəslənib tonqal üsdündən bir neçə dəfə tullandı.  Bildirdiylərinə görə bu onun Azərbaycanda olan ən əyləncəli və xoşbəxt anları idi və buna görədə mənə təşəkkür etdilər. Bu sözləri eşidib daha da fərəhləndim. Kiməsə xeyrim dəydiyini, lazım olduğunu bilməy mənə yad olsada çox gözəl hisslər idi. Artıq gec idi anam evə qayıtmağı təklif etdi. Düzü çox yorulmuşdum. Hamız razılaşıb qayıtdıq evə. Evə qayıdandan sonra məni yuxu apardı və buda gözəl bir günün və mənim Novruz bayramına aid bloqumun sonu olmağına səbəb oldu. Əminəm ki bəyəndiniz! 

2 Mart 2014 Pazar

Yeni ilin gəlişi

            Artıq dekabırın 28-i idi. Yeni ilə hazırlaşırdıq. Coi, Hillari və mən alış-veriş etmək üçün bazara getdik. Qubanın palçıqlı bazarını onlar birinci dəfə idi ki görürdülər. Coi uca səslə "Bura çooox təmizdir" deyərək zarafatından qalmadı. Ətrafda bunu eşidən hər kəs güləməyə başladı. Coi bizim Azərbaycanlılardan fərqli olaraq hər kəslə söhbət eləmək, ünsiyyət qurmaq istəyirdi. Heç vaxt üzündən gülüş əksik olmurdu. Nə isə, birjanı gəzdik və bəyəndiyimiz oyuncaqları alıb evə gəldik. Evi bəzəməyə başaldıq.  Bu il əvvəlki illərdən fərqli olaraq evi tək bəzəmədim, əvvəllər oyuncaqları atamla gedib alsamda bəzəməkdə mənə heç kim kömək etmirdi. Artıq mən çox xoşbəxt idim. Artıq məni anlayan, dinləyən, hər şeydə mənə dəstək olan kimsə var idi həyatımda.Kefim yaxşı olmayanda onlarla söhbət edirdim, problemlərimi danışırdım və onlarda məni dinləyərək çox gözəl məsləhətlər verirdilər. Onların məndən ən azi 20 yaş böyük olduğunu tamami ilə unutmuşdum. Evi bəzədik:
evi bəzədikdən sonra :)
Bayramın gəlişinə 2 gün qalmağına baxmayaraq həvəslə süfrənidə bəzəmək qərarına gəldim. Anam mənim çox sevincli olduğumu görüb qəlbimi qırmadı, süfrəni bəzəməyə icazə verdi.
        Artıq axşam düşmüşdü hamı yorulmuşdu tək məndən başqa. Mənə elə gəlir ki xoşbəxtlikdən insan doya bilməz. Bəli, sadəcə evi, məni sevən və anlayan insanlarla bəzəmək mənim üçün çox böyük bir xoşbəxçilik idi. Uzun sürən xahişlərdən sonra Hillari və Coini götürüb getdim meydana Şaxta baba ilə şəkil çəkdirməyə))). İndi özümə nə qədər gülməli gəlsədə amma o vaxtlar mənim ən xoşbəxt anlarımdan biri idi. Meydana çatmamış uzaqdan Şaxta babaları görüb böyük bir həyəcan ilə onlara tərəf qaçdım. Şaxta babalara yaxınlaşıb bir şəkil çəkdirməyi xahiş etdim. Hillari mənim şəkilimi çəkdi.
Bir az əyləndikdən sonra evə gəldik çox yorulmuşduq. Uzun bir gündən sonra nəhayət ki istirahət etməyə vaxt tapdıq.
Günlər çox  tez gəlib keçirdi. Artıq 2010-cu il dekabr ayının 31-i idi. Gecə yaxınlaşırdı. Bütün ailəni yığdım bir yerə. Mənim bir adətim var idi Yeni ili bol süfrə önündə qarşılamalıydıq.
Belədə oldu. Saat 00:00-da hamı süfrə qarşısında limonad partladaraq Yeni ili qarşıladıq. Limonadı Coi partlatdı və limonad partlayanda Coi "Yeni iliniz mübarək, Happy New Year? Suppa New Year" deyərək çox yüksək səslə qışqırdı. Bu mənə çox ləzzət elədi. Bu vaxta qədər bizim evdə bu cür şən Yeni il qarşılanması olmamışdı. Hər birimiz limonadı içərək yeməyimizi yeməyə başladıq. Artıq kifayət qədər gec idi hamimiz getdik yatmağa. Bu da mənim Hillari və Coi ilə Yeni ilin gəlişi barədə olan xatirlərim idi. Ümid edirəm ki bəyəndiz!

1 Mart 2014 Cumartesi

İlk tanışlığımız

   13 yaşım var idi. Özümü tam fərqli və tənha hiss edirdim. Məni heç kəs anlamırdı və yaxud da anlamağa çalışmırdılar. Yəqin ki bütün 13 yaşlı oğlanlar mən keçirdiyim hissləri keçiriblər. Evdəkilərlə hər gün desəm yalan olar, hər saat problemlərim olurdu və bu problemlər başqalarından fərqli olaraq get-gedə daha da güclənirdi və hətda evdən bir gecəlik getməyimə də səbəb olurdu. Və bir gün yenidən evdə valideynlərimlə problemlər yarandı və çox vaxt bu problemlərin səbəbi valideynlərimin mənim fikirlərimə hörmətlə yanaşmamağı olurdu. Bu bütün Azərbaycan ailələrinin başlıca problemlərindən biridir-"O, balacadır, onu dinləməyə gərək yoxdur. O nəbilir ki düşünməy nədir, hisslər nədir, anlamağ nədir." Valideyinlərimizin bu axmaq düşüncəsinin qurbanlarından biridə mən idim və buda mənim üçün çox ağır idi. Bir gün bu problemlərə görə dözməyib evdən qaçdım. Həmin gecə mənim üçün çox ağır keçdi və çıxış yolunu Məscidə gedərək dua etməkdə gördüm. Gecəni çətində olsa yola verdim və səhər sübh namazına Cümə məscidinə getdim. Həmin günü bir sutka dua elədim. Duada isə Allahdan yalnız və yalnız məni dinləməyi və anlamağı bacaran bir dost göndərməyini isdəyirdim. Məsciddən çıxdım və həmişəki kimi böyük bir ümidlə evə qayıdıb düz bir sutka yatdım. Həmin günün səhərisi anam məni ayıldaraq xatırlatdı ki Sülh korpusu tərəfindən Qubaya göndərilən iki könüllü bu gün bizə gələcək və 4 aybizdə yaşayacaqlar. Tez yerimdən qalxdım və onların gəlməyini səbrsizliylə gözlədim. Amerikalıların bizlərdən çox fərqli yaşadığını bilirdim. Onların yaşayış tərzi, düşüncə tərzi, mədəniyyəti tam fərqli idi və bu xüsusiyyətlər mənim xarakterimlə üst-üstə düşürdü. Özümündə xəbərim olmadan dərin bir fikirə getmişdim və birdə ayıldım ki artıq gecdir onlar nə üçünsə gecikirdi. Zəng elədik Bakiya Sülh korpusuna və şoka düşdük. Telefonda bizə dedilər ki artıq onları bizim addan istifadə edərək başqa bir ailəyə aparıblar. Hamımız əsəbləşdik və bizim qonşuluqda yaşayan Sülh korpusu Quba filialının işçisiylə əlaqə saxlayıb getdik könüllüləri tapıb gətirdik evimizə. Könüllülər heç özləridə nə baş verdiyini bilmirdi. Necə başa salaq ki 300 manat puldan ötrü bizim millətin bəzi nümayəndələri hər şeyə əl atar. Nə isə keçək bizim ilk tanışlığımıza. Adları Hillary (Hillari) və Joey (Coi)-dir. Evlidirlər.
 Elə fikirləşdiyim kimidə çox fərqli idilər. Məndən dəfələrlə böyük olsalarda tez bir zamanda dostlaşdıq.Onlarla birinci münasibət qurmaq bir az çətin oldu. Onlar bizlərdən fərqli olaraq bütün günü elmlə, kitab oxumaqla məşqul idilər.Və nəhayət onlar öz otaqlarından çıxdılar başladıq tanış olmağa. Qardaşım Coi ilə söhbət edirdi mən isə Hillari ilə. Coi Hillaridən fərqli olaraq mənim kimi çox zarafatcıldı.Hillariyə ilk sualim Amerikadakı həyat barədə oldu və bu barədə geniş söhbət etdik. O, mənə Amerikada dostlarıyla ailəsiylə olan şəkillərini göstərdi və ordakı həyatı barədə söhbət elədi. Çox sevinirdim və birazda şokda idim, çünki bu vaxta qədər mənimlə yaş fərqi qoymadan danışan, məni dinləyən və anlayan biri olmamışdı. O, mənə bir sual verdi: "siz heç qardaşınızla oturub söhbət etmirsiz, hər hansı probleminiz olanda bir yerdə həll etmirsiz? Bu suala "Qardaşımla mən çox fərqliyik heç bir oxşar cəhətlərimiz yoxdur" deyərək cavab verdim. Kənardan qardaşımla söhbət eləyən Coi bizim söhbətimizin daha maraqlı və qızğın olduğunu görüb bizə qoşuldu. O, da onun bacısıyla çox fərqli olduğunu dedi. Beləcə uzun uzadı söhbət elədik. Vaxtın necə keçdiyini heç bilmədim artıq 1-ə işləmişdi yatmaq vaxtı idi. Heç birimiz söhbətin bitməsini istəmirdik amma onlar çox yorğun idilər. Söhbəti bağlayıb getdik yatmağa. Baxmayaraq ki ingilis dilin çox zəyif bilirdim amma bir-birimizi çox gözəl anlayırdıq. Bir az onlar Azərabycanca danışırdılar, bir az mən ingiliscə danışırdım və bir az da lüğətin köməyi ilə bir birimizi anlayırdıq. Hamımız getdik yatmağa evdə sakitçilik çökdü. Yalnız mən yatmamışdım. Sevincimdən uçurdum. Onlar mənə Allah tərəfindən hədiyyə göndərilən iki mələk olduğunu düşünürdüm. Allaha bütün gecəni təşəkkür edirdim. İnana bilmirdim ki onlar 4 ay bizdə qalacaqlar. Bütün bunlar mənə yuxu kimi gəlirdi. Artıq saat 5-ə işləmişdi, səhərin tez açılmasını isdəyirdim. Gözlərimi yumdum və səhər hamıdan tez oyandım. Onlarında oyaq olduğunu gördüm. Tez durdum və gedib əl üzümü yuyub onlarla səhər yeməyi yedik. Hillari məni özünün açdığı ingilis dili kurslarına dəvət etdi. Çox böyük bir sevinclə bu dəvəti qəbul etdim. Hər gün ingilis dili kurslarına gedib, dili mükəmməl öyrənməyə çalışırdım. Onlarla daha sərbəst ünsiyyət qurmaq mənim ən böyül arzularımdan biri idi. Artıq hər gün daha da doğmalaşırdıq.
Onlarla  ilk tanışlığım belə olmuşdu. Ümid edirəm ki ilk tanışlıımız barədə yazdığım blog-u bəyəndiz. Hər birinizin fikri mənim üçün çox maraqlıdır və inanıram ki əməyə hörmət olaraq hər biriniz öz rəyinizi bildirəcəksiniz
           Oxuduğunuz üçün təşəkkür edirəm! :)